“Çelsi”nin əfsanəvi hücumçusu Didye Droqba yenidən bu komandaya qayıtmağa hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq üzvü bu dəfə məşqçi kimi “zadəganlar”a xidmət edəcək.
Mövsümün sonuna qədər komandanın “sükan”ı arxasında olacaq Qus Hiddink hazırda ABŞ-da çıxış edən Droqbanı məşqçilər korpusunda görmək niyyətindədi. MLS liqasında mövsüm başa çatdığından, hollandiyalı mütəxəssis gələn mövsümün startına qədər “Montreal İmpakt”ın hücumçusunun köməyinə ehtiyac duyur.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının son turunda “Sanderlend”lə (3:1) qarşılaşmanı Hiddink və Droqba “Çelsi”nin sahibi Roman Abramoviçlə birlikdə izləmişdi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”