[b]Dieqo: İndi növbədə Azərbaycan Kubokunun finalıdır[/b]
08.05.2014 - 09:49
[b]Dieqo: İndi növbədə Azərbaycan Kubokunun finalıdır[/b]

“Çox şadam ki, bizə UEFA-nın Pley-off mərhələsində (Avroliqanı nəzərdə tutur – red.) oynamaq hüququ əldə edə bildik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta deyib.

Braziliyalı qapıçı qışdan bəri zədəsinə görə oynamasa da, “Qəbələ”nin dünən “Bakı” üzərində inamlı qələbəsindən (3:1) sonra komandasını təbrik etməyi unutmayıb. Dieqo klub tarixində ilk dəfə Avroliqaya vəsiqə qazandıqları üçün çox sevindiyini sosial şəbəkədə belə ifadə edib: “Hamını təbrik edirəm. Çünki hamı bunun üçün mümkün olan hər şeyi etdi. Məqsədimizə çatdıq. İndi növbədə Azərbaycan Kubokunun finalını düşünmək qalır. Çətin vaxtlarımız olsa da, gözəl sonluqla bitirdik”.