Dieqo Kosta “Atletiko” ilə vidalaşdı
19.06.2014 - 20:44
Dieqo Kosta “Atletiko” ilə vidalaşdı

 

İspaniya millisinin hücumçusu Dieqo Kosta Çili ilə oyundan sonra “Atletiko Madrid” klubu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Braziliya əsilli futbolçu bundan sonra “Çelsi”də oynayacağını vurğulayıb.

 

Xatırladaq ki, İspaniya-Çili oyunu 0:2 hesabı ilə başa çatıb və Çili növbəti mərhələyə keçib. İspaniya isə qrupda qalıb. Kosta oyundan sonra komandası ilə vidalaşıb: “Artıq mənim yerim “Çelsi”dir. “Atletiko” mənim evim olub və mən bu kluba minnətdaram. Amma vidalaşmağın vaxtı çatıb”.

 

Xatırladaq ki, bundan əvvəl “Çelsi”nin baş məşqçisi Joxe Mourinyo klub rəhbərliyindən Kostanın alınmasını xahiş etdiyini etiraf edib. Bəzi məlumatlara görə, Kostanın transfer qiyməti 40 milyon avrodur.