“Atletiko Madrid”in hücumçusu Dieqo Kosta klubun yeni müqavilə təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, Kosta artıq rəhbərliyə Madridi tərk etmək istədiyini bildirib.
İspaniya millisinin hücumçusunun qiyməti 40 milyon avrodur. Futbolçunun əsas müştərisi “Çelsi”dir. Londonlular bu həftənin sonuna qədər Kostanın alınması məsələsini həll etməyə çalışırlar.
Dieqo Kosta “Atletiko”nun heyətində 2010-cu ildən çıxış edir. O, 2013/2014-cü illər mövsümündə İspaniya çempionatında 27 qol vuraraq məhsuldarlığa görə üçüncü olub. Onu ancaq Ronaldo (31 qol) və Messi (28 qol) qabaqlayıb.