Dieqo Kosta: Dünya çempionatının ilk oyununa hazır olacağam
04.06.2014 - 06:16
Dieqo Kosta: Dünya çempionatının ilk oyununa hazır olacağam

 

İspaniya millisinin hücumçusu Dieqo Kosta dünya çempionatının start oyununa kimi hazır olacağına əmindir. Apasport.az saytının məlumatına görə, mayın əvvəlində ombasından zədələnən futbolçu bundan sonra meydanda ümumilikdə cəmi 25 dəqiqə keçirib.

 

“Özümü kifayət qədər yaxşı hiss edirəm” - deyə, Kosta vurğulayıb: “Çempionlar Liqasının finalından sonra müalicə olunmuşam. Bu vaxtı boş yerə keçirməmişəm. Məşq eləməyi çox istəyirəm. Çünki bu vaxt ərzində meydanda heç nə etməmişəm. Hollandiya yığmasına qarşı ilk oyuna hazır olacağammı? Əlbəttə ki, hazır olacağam”.

 

 

0