[b]Dieqo Koşta artıq “Çelsi”də[/b]
03.05.2014 - 12:18
[b]Dieqo Koşta artıq “Çelsi”də[/b]

Madrid “Atletiko”sunun hücumçusu Dieqo Koşta növbəti mövsümdən İngiltərə Premyer Liqasında oynayacaq. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu bundan sonra “Çelsi”də forma geyinəcək. Böyük Britaniya mətbuatında yer alan informasiyalarda artıq hər 2 komanda arasında razılıq əldə olunduğu bildirilir.

 

Braziliyalı futbolçu ötən mövsüm “Atletiko” ilə müqaviləsini 2018-ci ilə qədər uzatmışdı. Lakin müqaviləyə əsasən, Koştanı istəyən klub Madrid təmsilçisinə 32 milyon avro ödəməklə bu keçidi həll edə bilər. “Çelsi” isə bu məbləği ödəməklə, futbolçunu heyətinə qatıb.