Dieqo Kosta rəsmən “Çelsi”də
16.07.2014 - 00:31
Dieqo Kosta rəsmən “Çelsi”də

 

“Atletiko Madrid”in keçmiş hücumçusu Dieqo Kosta “Çelsi” ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, müqavilə 5 il üçün nəzərdə tutulub.

 

“Çelsi”nin rəsmi saytında Kostanın bu həftənin sonunda komandanın məşqlərinə qatılacağı qeyd edilir. Öz növbəsində futbolçu London klubuna keçməsindən xoşbəxt olduğunu bildirib: “Həb bir kəs “Çelsi”nin döyüşkən və böyük klub olduğunu bilir. İngiltərədə belə bir klubda və belə bir futbolçularla oynayacağımdan məmnunam. Çox həyəcanlıyam”.