Dirk Kuyt “Fənərbaxça”nı holland klubuna dəyişəcək
07.02.2015 - 12:50
Dirk Kuyt “Fənərbaxça”nı holland klubuna dəyişəcək

Superliqada “Trabzonspor”la keçiriləcək prinsipial oyun öncəsi “Fənərbaxça” azarkeşəri üzücü xəbər alıblar. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in aparıcı futbolçularından olan Dirk Kuyt komandasını tərk etmək qərarına gəlib.

 

Kuytu buna vadar edən səbəb keçmiş komandası “Feyenord”dan gələn təklifdi. Karyerasını məhz “Feyenord”da bitirmək istədiyini dəfələrlə dilə gətirən 35 yaşlı yarımmüdafiəçi, nəhayət ki, arzuladığı təklifi alıb və düşünmədən qəbul edib. İlkin razılığa görə, Kuyt mövsümün sonunda Hollandiya klubu ilə 1+1 illik müqaviləyə qol çəkəcək. Veteran oyunçu orda “Fənərbaxça”dakından az maaşa oynayacaq.

 

Qeyd edək ki, Dirk Kuyt legioner həyatı yaşamazdan öncə 2003-2006-cı illərdə “Feyenord”da çıxış edib.