Dmitri Kramarenkonun komandası Moskvada 3-cü oldu
16.02.2015 - 09:13
Dmitri Kramarenkonun komandası Moskvada 3-cü oldu

Rusiyanın paytaxtı Moskvada keçirilən “Əfsanələr kuboku-2015” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, veteran futbolçuların qatıldığı yarışda Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko da çıxış edib.

 

Ruslan Niqmatullin, Aldair, Serjinyo, Əli Daei, Yari Litmanen, Florin Raduçoyu kimi oyunçularla birlikdə “Ulduzlar yığması”nda oynayan Kramarenkonun komandası qrup mərhələsində Portuqaliyaya 5:11 hesabı ilə uduzan komanda İtaliya üzərində qələbə qazanıb – 9:3. 3-cü yer uğrunda matçda isə Hollandiya ilə görüşən “Ulduzlar yığması” 7:4 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, turnirin qalibi adına finalda Portuqaliyanı 8:7 hesabı ilə məğlub edən Rusiya yığması olub.