Dmitri Kruqlov üçün mövsüm erkən bitdi
22.04.2014 - 17:38
“Rəvan” “Neftçi” ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu öncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” estoniyalı futbolçusu Dmitri Kruqlovu itirib.
“Neftçi” və “İnter”in sabiq futbolçusunun “Qəbələ” ilə çempionatın son turunda aldığı zədəsinin ciddi olduğu üzə çıxıb. 29 yaşlı futbolçunun çiyin vətərəsi qopduğundan 2 ay yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdir ki, Kruqlov “Rəvan”da qalacağı halda, yalnız komandasının növbəti mövsüm üçün hazırlıqlarına qoşula biləcək. Beləliklə, “Rəvan” cəzalı olan Orxan Lalayev və Cəmşid Məhərrəmovdan sonra estoniyalı oyunçunun xidmətindən də “Neftçi” ilə cavab matçında istifadə edə bilməyəcək.
Qeyd edək ki, “Qəbələ”nin 2:1 hesabı ilə qalib gəldiyi matçda Dmitri Kruqlov zədələnərək 55-ci dəqiqədə yerini kamerunlu yarımmüdafiəçi Mişel Balokoqa verməli olmuşdu.

0
0