Dmitri Nazarov komandasına kömək edə bilmədi
26.07.2015 - 14:12
Dmitri Nazarov komandasına kömək edə bilmədi

Almaniya 2-ci Bundesliqasında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də ilk matçına çıxıb.


Həmyerlimizin komandası “Qroyter Fyurt”la üz-üzə gəlib.

 

Qarşılaşma qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Matçın start heyətində meydanda çıxan Nazarov sonadək mübarizə aparıb.