Dos Santos Meksika-Kamerun matçının ən yaxşısı oldu
13.06.2014 - 23:28
Dos Santos Meksika-Kamerun matçının ən yaxşısı oldu

 

Meksika və Kamerun milliləri arasında keçirilən matçın ən yaxşı oyunçusunun ad açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi saytında ən yaxşı oyunçunun meksikalı hücumçu Covanni dos Santos olduğu bildirilir.

 

Dos Santos bütün matç boyu meydanda olub və iki qol vurub. Amma bu qolların heç biri qeydə alınmayıb. Oyun 1:0 hesabı ilə Meksikanın xeyrinə başa çatıb.