Droqba “Çelsi”yə qayıdır
09.06.2014 - 05:31
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Didye Droqbanı komandaya qaytarmaq istəyir. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”la müqaviləni uzatmaqdan imtina edərək azad agent statusu qazanan futbolçunun bu addımı “zadəganların” sırasına qayıtmaq üçün atdığı vurğulanır.
Droqba ilə bir mövsümlük müqavilə imzalana bilər. Razılaşmada müqavilənin sonradan yenilənə biləcəyi ilə bağlı bənd də olacaq. İddiaya görə, müqavilə dünya çempionatından sonra imzalanacaq.
0
0