Droqba: Komandamla, qələbə ilə, ölkəmlə fəxr edirəm!
15.06.2014 - 11:19
Kot-dİvuar millisinin hücumçusu Didye Droqba Yaponiya üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, afrikalı futbolçular qrup mərhələsinin ilk oyununda Yaponiya üzərində 2:1 hesablı qələbə qazanıblar.
Droqba komandası, qələbələri və vətəni ilə fəxr etdiyini bildirib: “Mənim ölkəm çox balacadır. Amma bizim arzularımız böyükdür”.
Kot-dİvuar birinci hissədən sonra 1:0 hesabı ilə geridə olub. Amma oyunun ikinci hissəsində Vilfrid Boni və Jervinyonun qolları sayəsində qalib gəlib.
0
0