“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba pis xəbər alıb. Apasport.az saytının məlumatına görə, onun zədəsini müalicə edən qətərli həkim Droqbanın əməliyyat edilməsinə ehtiyac olduğunu bildirib.
Doktor Xəlifə əl Jeham Kuşari Droqbanın qasıq bölgəsindən əməliyyat olunmalı olduğunu vurğulayıb. Onun əməliyyatı yüngül olacaq və dünya çempionatında iştirakına mane olmayacaq. Amma Türkiyə kubokunun mayın 7-də keçiriləcək final oyunu Droqbasız baş tutacaq.
Bu arada, Qətərin paytaxtı Dohadakı özəl klinikada müalicə olunan hücumçu təkrar İstanbula dönüb. Zədəsi ilə bağlı qətərli həkimin hazırladığı raportla birgə qayıdan Droqba bir müddət İstanbulda müalicə olunandan sonra təkrar Dohaya dönəcək.