Dubayda itirilən xallar
06.03.2014 - 09:52
Dubayda itirilən xallar

Azərbaycan millisinin Filippinlə keçirdiyi qarşılaşma komandamızın FİFA reytinqinə mənfi təsir edəcək. Apasport.az saytının məlumatına görə, BƏƏ-nin Dubay şəhərində keçirilən yoxlama oyununda əldə olunan qələbə yığmamıza fayda verməyəcək.

 

Belə ki, Elvin Yunuszadənin qolu ilə gələn qələbənin dəyəri 203,67 xal olub. Bu isə son 4 ilin nəticələrinə görə hesablanan əmsalımızın azalması ilə nəticələnəcək.

 

Ötən ay dünyanın 93-cüsü olan millimizin hesabında 372 xal var idi. Filippin üzərində qələbədən sonra isə bu rəqəm 369-a enəcək.

 

Filippin isə daha çox itki ilə üzləşib. Martın 1-də Malayziya ilə qolsuz heç-heçə edən və ardınca millimizə uduzan rəqibimiz 19 xal geri düşüb. Ötən ay 127-ci yeri 219 xalla əldə edən asiyalıların artıq 200 xalı var.

0