Braziliyalıların yarısından çoxu futbol üzrə 2014-cü il dünya çempionatını dəstəkləmir. Apasport.az saytının məlumatına görə, çempionatın “əla” keçəcəyinə rəyi soruşulanların ancaq 13 faizi inanır.Daha 33 faiz çempionatın “yaxşı” olacağını söyləyib.
24 faiz çempionatın “pis” və ya “dəhşətli”, 30 faiz “babat” olacağını düşünür.
Qeyd edək Ki, Braziliyanın dünya çempionatını keçirmək hüququ qazandığı 2008-ci ilin noyabrında yarışı dəstəkləyənlər 79 faiz olub. Cəmi bir ay əvvəl braziliyalıların 52 faizi dünya çempionatını dəstəkləyirdi.
Braziliya dünya çempionatının keçirilməsinə 11 milyon dollar xərcləyib. Bu, əvvəlcədən planlaşdırıldığından 40 faiz çoxdur.