Dünya çempionatında ordudan istifadə ediləcək
26.03.2014 - 05:59
Dünya çempionatında ordudan istifadə ediləcək

Braziliya hökuməti futbol üzrə 2014-cü dünya çempionatı zamanı ordudan istifadə etməyi nəzərdə tutur. Apasport.az saytının məlumatına görə, ordu hissələri cinayətkarlıqla mübarizə üçün Rio-de-Janeyro polisinə kömək edəcək.

 

Hərbçilər Rionun şimalındakı beynəlxalq hava limanı rayonunda gecəqonduları nəzarətə alacaq. Ədliyyə naziri Eduard Kardozu əməliyyatda iştirak edəcək hərbçilərin sayı və əməliyyatın başlama vaxtı barədə məlumat verməyib.

 

Qeyd edək ki, hərbçilərdən dünya çempionatının gedişatı zamanı da istifadə olunacaq. Çünki Braziliya polisi kriminala təkbaşına bacara bilmir. Çempionata xeyli sayda xarici azarkeşin gələcəyi nəzərə alınsa, onların təhlükəsizliyinin qorunması üçün hərbçilərdən istifadə edilməsi qaçılmazdır.