Dünya çempionatının ən sevilməyən komandası – ABŞ
12.06.2014 - 20:15
Dünya çempionatının ən sevilməyən komandası – ABŞ

 

Dünya çempionatında iştirak edən komandaların azarkeşləri ən sevdikləri və sevmədikləri komandaların adlarını açıqlayıblar. Apasport.az saytının məlumatına görə, azarkeşlər turnirin favoriti kimi Braziliyanın adını çəkiblər. Digər tərəfdən, turnirin ən sevilməyən komandası ABŞ millisidir.

 

Braziliyanı ancaq amerikalı azarkeşlər turnirin favoriti kimi göstərməyiblər. Bu ölkənin azarkeşlərinin böyük əksəriyyəti öz komandalarını favorit kimi görüb. Amma belə şəxslər cəmi 14 faiz təşkil edib. Qalan 86 faiz digər komandalara üstünlük verib.

 

ABŞ komandası azarkeşlər arasında ən sevilməyən komanda olub. 5 ölkənin azarkeşi “Hansı komandanın əleyhinə olacaqsınız” sualına cavab verərkən ABŞ-ı seçib. Maraqlıdır ki, amerikalılar özləri də öz futbolçularını seçiblər.