Dünya çempionatının finalında oynayan ilk türk – Məsut Özil
14.07.2014 - 23:25
Dünya çempionatının finalında oynayan ilk türk – Məsut Özil

 

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil ilkə imza atıb. Apasportaz saytının məlumatına görə, Özil dünya çempionatlarının finalında oynayan ilk türk olub.

 

Özil dünya çempionatının finalında əsas heyətdə sahəyə çıxıb və bütün matçı oynayıb. Mundialı finalında oynayan ilk türk olan futbolçu, məntiqi olaraq dünya çempionu adını qazanan ilk türk olub.

 

Qeyd edək ki, Özil Almaniya millisinin dünya çempionatının bütün oyanlarında meydana çıxıb. Bir çox tanınmış futbol mütəxəssisləri onu ciddi tənqid edərək sahədə qaçmamaqda və “lazımsız oyunçu” olmaqda ittiham etsələr də, bu tənqidlər baş məşqçi Yoahim Lövün Özilə olan inamını qıra bilməyib. O, yarımfinal və final oyunlarında göstərdiyi oyunla baş məşqçinin ümidlərini doğruldub və Almaniyanın dünya çempionu olmasına kömək edib.