Dünya çempionatının qəhrəmanı “Malaqa”ya keçdi
02.08.2014 - 01:29
Dünya çempionatının qəhrəmanı “Malaqa”ya keçdi

 

Dünya çempionatında mükəmməl oyunu ilə diqqəti özünə cəlb edən Qilyermo Oçoa özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Meksika yığmasının qapıçısı bundan sonra İspaniyanın “Malaqa” klubunda çıxış edəcək.

 

Oçoa ilə 3 illik müqavilə imzalanıb. Futbolçu artıq tibbi müayinədən keçib və tezliklə komanda yoldaşlarına qoşulacaq. Meksikalı qapıçı “Malaqa”da 13 nömrəli forma ilə çıxış edəcək.

 

Oçoa son 3 ili Fransanın “Ayaçço” klubunda oynayıb və bu komandanın heyətində 100-dən çox oyun keçirib. Bu ilin iyununda müqaviləsi bitən futbolçu azad agentə çevrilib.