Dünya çempionatının simvolik yığması açıqlandı
24.07.2014 - 02:31
Dünya çempionatının simvolik yığması açıqlandı

 

Almaniya millisinin 4 futbolçusu Braziliyada keçirilən dünya çempionatının simvolik yığmasının heyətinə daxil edilib. Apasport.az saytının məlumatına görə, FİFA-nın rəsmi saytında səsvermənin 27 iyundan 13 iyula qədər keçirildiyi bildirilir.

 

Simvolik yığmanın baş məşqçisi Almaniya ilə dünya çempionu olan Yoahim Lövdür.

 

Dünya çempionatının simvolik yığması:

 

Qapıçı: Manuel Noyer (Almaniya)

 

Müdafiəçilər: David Luis, Marselo, Tiaqo Silya (hamısı Braziliya), Mats Hummels (Almaniya)

 

Yarımmüdafiəçilər: Anxel di Mariya (Argentina), Xames Rodriqes (Kolumbiya), Toni Kroos (Almaniya)

 

Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya).