Dünya futbolunda rekord vuran 3 klubdan biri Azərbaycan çempionatında oynayır!
24.09.2014 - 12:12
Dünya futbolunda rekord vuran 3 klubdan biri Azərbaycan çempionatında oynayır!

Azərbaycan çempionatının I divizionunda çıxış edən “Şahdağ” dünyanın rekordçu klubları sırasına düşüb. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 çempionat oyununda heç-heçə edən Qusar təmsilçisi bu göstəricidə hamıdan öndədi.

 

Cari mövsümün ilk 3 turunda rəqibləri ilə xalları yarı bölən bu komanda ötən çempionatın son iki matçında da bərabərlik əldə etmişdi. Bu da “Şahdağ”ı davam etməkdə olan heç-heçə seriyalarında rekordçu olması ilə nəticələnib.

 

Ümumilikdə isə ardıcıl 5 qarşılaşmada heç-heçə edən və seriyası qırılmayan 3 klub var. Təmsilçimizə İrlandiya “Atlon Taun”u və İtaliya “Karrareze” şərikdi.

 

Qeyd edək ki, qusarlıların ardıcıl heç-heçələrindən ikisi 0:0, üçü 1:1 hesabı ilə başa çatıb.