Zakkeroni Yaponiya millisinin baş məşqçisi postundan getdi
26.06.2014 - 06:42
Yaponiya millisinin baş məşqçisi Alberto Zakkeroni vəzifəsindən istefaya gedib. Apasport.az saytının məlumatına görə, məlumat hələlik rəsmən açıqlanmayıb.
Yaponiya millisi dünya çempionatında çox uğursuz çıxış edib. Zakkeroninin yetirmələri Kot-dİvuara 2:1, Kolumbiyaya 4:1 məğlub olublar, Yunanıstanla qolsuz bərabərliyə razılaşıblar. Nəticədə, Yaponiya cəmi 1 xal toplayaraq, qrupu sonuncu yerdə başa vurub.
0
0