“İnter”in kapitanı Havyer Zanetti futbola vidalaşır. Apasport.az saytının məlumatına görə, komandanın kapitanı artıq rəqabətə davam gətirə bilmədiyini etiraf edir.
Zanetti karyerasını bitirmək üçün uğurlu vaxt olduğunu bildirib: “Futbol mənə çox şeyi verib və mən hər imkandan həzz alırdım. İndi isə başa düşürəm Ki, 40 yaşda karyeranı başa vurmaq çox qiymətlidir. Bunun mənim üçün böyük əhəmiyyəti var və bu, uğurlu vaxtdır. Mən ağır zədədən sonra qayıtdım və rəqabətə davam gətirmək istəyirdim. Amma alınmadı. Futbolsuz həyatdan qorxmuram. Amma darıxacağam. Vaxtını nəyə sərf edəcəyini bilməyənlər qorxsunlar. Mənim isə belə problemim yoxdur. Komandada qalıb işləməyə hazıram. “İnter”ə başqa sahədə xeyir verəcəyəm”.