Əfsanəvi futbolçu millini tənqid etdi
30.03.2015 - 17:22
Əfsanəvi futbolçu millini tənqid etdi

Əfsanəvi futbolçu Yohan Kroyff maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, o, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Hollandiya – Türkiyə matçını (1:1) biabırçılıq adlandırıb.

 

Kroyff Hollandiya millisinin sərgilədiyi futbolu bəyənmədiyini bildirib: “Hollandiya qorxunc futbol oynadı. Yarımmüdafiəçilər topu ələ keçirən kimi irəli yox, geri ötürmə verirdilər. Milli azarkeşlərin ondan tələb etdiyi futbolu sərgiləyə bilmədi. Hollandiya klublarının Avrokubokda uğursuz çıxışından sonra millinin də hansı səviyyədə olduğu üzə çıxdı. Demək olar ki, futbolumuzun hər bir sahəsində çatışmazlıqlar var. Onları nə vaxt geridə qoyacağımızı bilmirəm. Yenə deyirəm ki, Hollandiya – Türkiyə matçı biabırçılıq idi”.