Əhmadov və Luçeku arasında müəmmalı görüş
08.05.2014 - 22:51
Əhmadov və Luçeku arasında müəmmalı görüş

 

Ukraynanın “Şaxtyor” futbol klubunun sahibi Rinat Əhmadov komandanın baş məşqçisi Mirça Luçesku ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüş “Donbass Arena”da keçirilib.

 

Görüşdə hansı məsələlərin müzakirə olunduğu mətbuatdan ciddi şəkildə gizlədilir. Çox güman ki, klub sahibi və baş məşqçi komandanın çempionatdakı hazırkı mövqeyini, ölkədəki vəziyyəti, klubun, o cümlədən baş məşqçinin gələcəyini müzakirə ediblər.

 

Xatırladaq ki, bundan əvvəl rumıniyalı baş məşqçinin “Qalatasaray”a keçəcəyi iddia olunurdu. Çünki Luçesku ölkədəki vəziyyətdən narahatdır. Rinat Əhmədov isə 2015-ci ildə müqaviləsi başa çatan rumıniyalı mütəxəssisi komandada saxlamaq istəyir.