Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək
28.05.2015 - 14:28
Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək

Mayın 29-da AFFA-nın inzibati binasında əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək. Apasport.az saytının məlumatına görə, burada ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcəklər.

 

Tədbir saat 15:00-da başlayacaq.


Qeyd edək ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib.

 

Mənbə: affa.az