Elbrus Məmmədov: Komandamdan razı qalsam da…
19.02.2015 - 19:24
“Çox maraqlı oyun getdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə “Qəbələ”yə 3:1 hesabı ilə məğlub olmalarına şərh verib: “Hər iki komanda baxımlı oyun sərgilədi. Bolqullu matç izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”. (pfl)
0
0