Əlcəzairli futbolçu “Neftçi”dən təklif alıb?
03.06.2014 - 12:42
Əlcəzairli futbolçu “Neftçi”dən təklif alıb?

Əlcəzairin “USM Əl Haraş” klubunun futbolçusu Hamza Ait Uamar “Neftçi”dən təklif alıb. Apasport.az saytı xəbər verir ki, bu barədə Əlcəzair mətbuatına açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, növbəti həftələrdə Azərbaycan klubuna cavab verəcəyini bildirib: “Mənə bir neçə təklif var. Həm yerli, həm də xarici klublardan. Lakin hazırda mən qripə yoluxmuşam. Ona görə də təkliflərlə maraqlanmıram. Hazırda məxsus olduğum klub da məni heyətində saxlamaq istəyir. Yaxın günlərdə bunlara aydınlıq gələcək”.