Elnur Cəfərov Antalyaya getdi
20.02.2015 - 17:09
Elnur Cəfərov Antalyaya getdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçuları Samir Məsimov və Elşən Abdullayev qonşu ölkəyə aparılmayıb.

 

“Ağ-qaralar” fevralın 24-də Topaz Premyer Liqasının III turundan təxirə salınmış matçda AZAL-la qarşılaşdığından Samir  klubu ilə qalıb. Onun komanda yoldaşı isə zədə səbəbindən toplanışa qatılmayıb. Onların əvəzinə yığmaya bir yeni futbolçu cəlb olunub. Belə ki, “Xəzər Lənkəran”ın üzvü Elnur Cəfərov yığmayla Türkiyəyə aparılıb.

 

Mənbə: affa.az