Elvin Əliyev hazırlığa qatılmadı
22.03.2014 - 14:16
Elvin Əliyev hazırlığa qatılmadı

Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-ın qonağı olacaq “Bakı” oyun öncəsi son məşqini keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elvin Əliyevlə Rauf Əliyev hazırlığa qatılmayıblar.

 

Onlardan birincisi icazəli olduğu halda, digəri dartılmış əzələsini müalicə etdirir. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib.
 

Qeyd edək ki, qarşılaşma sabah saat 16:00-da başlayacaq.