Elvin Məmmədov millinin toplanışından azad edildi
28.08.2015 - 15:13
“Qarabağ”ın futbolçusu Elvin Məmmədov millinin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Xorvatiya və Malta ilə keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi atasının vəfatı ilə əlaqədar millinin düşərgəsini tərk edib.
Yığmanın baş məşqçisi Robert Prosineçki bunu nəzərə alaraq, Məmmədovu təlim-məşq toplanışından azad edib.
Qeyd edək ki, yığmamız Xorvatiya ilə sentyabrın 3-də, Malta ilə ayın 6-da qarşılaşacaq.
0
0