Elvin Yunuszadə: Zədə, yoxsa park?
03.06.2014 - 17:03
Elvin Yunuszadə: Zədə, yoxsa park?

Millimizin müdafiəçisi Elvin Yunuszadənin Norveçlə görüşün ikinci hissəsində meydana çıxmamağının əsl səbəbi bəlli olub. Apasport.az saytının məlumatına görə, ilk yarıda ən yaxşılardan olan futbolçunun fasilədə “Sumqayıt”ın üzvü Bəxtiyar Həsənalızadə ilə əvəzlənməsinə yalnız zədə səbəb ola bilərdi.

 

Ancaq Bayılda keçirilən görüşdə Yunuszadənin zədə almadığı və əvəzləndikdən dərhal sonra stadionu qəzəblə tərk etdiyi müəyyənləşib.

 

Buna səbəb isə Yuniszadəyə şəxsi avtomobilinin stadionun ərazisində qadağa olunan yerdə park etməsi olub.

 

Ona edilən “iraddan” hirslənən futbolçu zədəli olmasını bəhanə edərək, ikinci hissədə meydana çıxmaqdan boyun qaçırıb. Heç matçın bitməsini gözləməyən müdafiəçi ikinci 45 dəqiqənin start fiti verilməmiş arenanı tərk edib.

 

Qeyd edək ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ matçında keçirilən oyunda millimiz Norveçə 0:1 hesabı ilə uduzub.