AFFA-nın baş katibi Elxan Məmmədov İsveçrəyə yollanıb. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Məmmədovun səfərinin məqsədi UEFA-nın mənzil qərargahında keçiriləcək iclasda iştirak etməkdi.
Belə ki, bu gün Nyon şəhərində qitə futbol qurumunun FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası baş tutacaq. AFFA-nın baş katibi isə eyni zamanda adıçəkilən komitənin sədrinin 2-ci müavini olduğundan, iclasda iştirak edəcək.
AFFA-nın Hüquq və Kadr Məsələləri Şöbəsinin müdiri Rəmiş Malıyev isə noyabrın 9-da Nyona yollanacaq. Malıyev həmin gün orda UEFA-nın Hüquq Komitəsinin iclasında iştirak edəcək.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub