Elxan Məmmədov İtaliya Futbol Federasiyasının prezidenti ilə görüşdü
22.03.2014 - 19:13
AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Giancarlo Abete ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində İtaliya – Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan – İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.
Mənbə: affa.az
0
0