AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən tədbir assosiasiyanın inzibati binasında baş tutub.
Baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib. Məmmədov milli üzvlərinə gələcək oyunlarda uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Yığmamız ilk oyunda Bosniya və Herseqovinanı 4:0, ikinci qarşılaşmada Makedoniyanı 2:1, son oyunda isə Monteneqronu 3:0 hesabı ilə məğlub etmişdi.
Mənbə: affa.az