AFFA-nın baş katibi Elxan Məmmədov ölkə kubokunun dünən keçirilən final görüşünü izləmək üçün Qəbələyə getməyib. Apasport.az saytının məlumatına görə, federasiya rəsmisi “Qarabağ” – “Neftçi” (3:1) matçından sonra keçirilən mükafatlandırma mərasimində də görünməyib.
Baş katibin Qəbələyə getməsi əvvəlcə nəzərdə tutulsa da, sonradan plan dəyişib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu saytımıza açıqlamasında bunun səbəbini belə izah edib: “Baş katib Elxan Məmmədovun Azərbaycan Kubokunun final görüşündə iştirakı nəzərdə tutulmuşdu. Lakin Dövlət Proqramının layihəsinin hazırlanması ilə bağlı hökumət qurumlarının nümayəndələri ilə aparılan müzakirələrlə əlaqədar Elxan müəllim tədbirdə iştirak edə bilmədi. Bilirsiz ki, yeni 10 illik dövlət proqramının layihəsi hazırlanıb. Məhz bununla bağlı dövlət qurumları ilə müzakirələr aparılır”.
Qeyd edək ki, ölkə kubokunun finalında “Neftçi”yə qalib gələn “Qarabağ” mövsümü “qızıl dubl”la bitirib.