Emil Balayev mövsümü debüt etmədən qapadı
13.04.2016 - 10:08
Emil Balayev mövsümü debüt etmədən  qapadı

“Ayntraxt”ın azərbaycanlı qapıçısı Emil Balayev üçün mövsüm vaxtından əvvəl bitib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper komandasının dünənki məşqində zədələnib. O, baş məşqçi Niko Kovaçın tapşırıqlarını yerinə yetirən zaman menisk zədəsi ilə bağlı problemlə üzləşib.

 

Həmyerlimizin konkret hansı müddətə sıradan çıxdığı bəlli deyil. Bununla belə, “Ayntraxt”da Lukas Hradeçki və Haynts Lindnerdən sonra üçüncü qapıçı sayılan Balayevin cari mövsümü bağladığı dəqiqləşib.

 

Qeyd edək ki, Emil Balayev “Ayntraxt”ın heyətində Bundesliqada hələ debüt etməyib.

 

0