Emil Balayevin rəqibi klubda qaldı
04.02.2015 - 00:01
Emil Balayevin rəqibi klubda qaldı

Millimizin qapıçısı Emil Balayevin yenicə transfer olunduğu “Ayntraxt”ın əsas qolkiperi Kevin Trapp komandadan gedəsi olmayıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl  ABŞ klubu və “Volfsburq”a keçəcəyi gözlənilən 24 yaşlı əlcək sahibi Frankfurt təmsilçisi ilə müqaviləsinin müddətini uzadıb.

 

Belə ki, Trapp 2019-cu ilə qədər klubu ilə “nigah” bağlayıb. O, “Ayntraxt” rəhbərliyinin ona etdikləri təklifə görə, minnətdarlığını bildirib.

 

Qeyd edək ki, 2012-ci ildən Almaniya təmsilçisinidə forma geyinən Trapp “Ayntraxt”dan ayrılsaydı, o zaman Emil Balayev çərçivə uğrunda Feliks Vidvald və Yannik Zummakla rəqabət aparmalı olacaqdı. Kevin cari mövsümdə 6 oyunda meydana çıxıb və qapısından 11 top buraxıb.