Enner Valensiya Honduras-Ekvador matçının ən yaxşısıdır
21.06.2014 - 04:23
Enner Valensiya Honduras-Ekvador matçının ən yaxşısıdır

Ekvadorlu hücumçu Enner Valensiya Honduras-Ekvador matçının ən yaxşı oyunçusu olub. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında xəbər yerləşdirilib.

 

Valensiya 90 dəqiqə meydanda olub. O, 31 və 65-ci dəqiqələrdə iki qol vuraraq, komandasının qələbə qazanmasına kömək edib. Qeyd edək ki, oyun 2:1 hesabı ilə Ekvadorun xeyrinə başa çatıb.