Enrike “Barselona”ya şərtini açıqladı
07.05.2014 - 23:57
Enrike “Barselona”ya şərtini açıqladı

 

“Barselona” futbol klubu “Selta”nın hazırkı baş məşqçisi Luis Enrike ilə müqavilənin şərtlərini müzakirə edib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı ispaniyalı mütəxəssis keçmiş komandası ilə 1+1 sxemi üzrə müqavilə imzalamaq istəyir.

 

Bundan əvvəl Enrikenin “Barselona”ya rəhbərlik etməyə ilkin razılıq verdiyi barədə informasiya peyda olmuşdu. Beləliklə, Enrike bu postda argentinalı Herardo Martinesi əvəz edəcək.