Erat “Fortuna”nın böyükhesablı yenilgisinə şahidlik etdi
27.03.2014 - 09:23
Əsas millimizin yeni üzvlərindən olan Tuğrul Erat növbəti dəfə Almaniyanın 2-ci Bundesliqasında oyun keçirib. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Fortuna” səfərdə liderlər qrupunda qərarlaşan “Qroyter Fürt”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Erat ənənəvi olaraq matçın start heyətində yer alıb və görüşü əvəzolunmadan keçirib.
Qeyd edək ki, bu nəticədən sonra Düsseldorf təmsilçisi 3 pillə geriləyib. Ardıcıl 4 turdur ki, qələbə qazana bilməyən “Fortuna” hazırda 33 xalla XIV sırada məskunlaşıb.
0
0