Ərəb klubu “Neftçi”yə “yox” dedi
26.06.2014 - 14:52
Ərəb klubu “Neftçi”yə “yox” dedi

“Neftçi” iyunun 27-də Səudiyyə Ərəbistanının “Əl-Feysali” klubu ilə nəzərdə tutduğu yoxlama görüşü baş tutmayacaq. Bu barədə apasport.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

 

O bildirib ki, buna səbəb rəqibin “Neftçi” ilə oyundan imtina etməsidir.

 

Qeyd edək ki, “Neftçi” dünən digər Səudiyyə Ərəbistan klubu “Əl-Kadisiya” ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.