“Neftçi”yə qayıda bilməyəcəyəm. Amma gələcəkdə hər şey mümkündür. Bəlkə də qarşıdakı mövsümlərin birində yenidən “Neftçi”nin formasını geyindim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq futbolçusu, paraqvaylı yarımmüdafiəçi Erik Ramos deyib.
“Ağ-qaralar”da icarə müddəti bitən və müqavilə ilə məxsus olduğu Paraqvayın “Rubio” klubuna dönən 27 yaşlı futbolçu Azərbaycana qayıda bilməməyinin səbəbini açıqlayıb. O, hər şeyin hazırda müqavilə ilə məxsus olduğu klubdan asılı olduğunu bildirib: “Geri dönməyim məndən asılı deyil. Müqavilə ilə məxsus olduğum “Rubio” klubunun rəhbərliyi icazə verərsə, qayıda bilərəm. İndiki halda, bu mövsüm geri dönməyim mümkün görünmür. Hələlik klubumla 6 aylıq müqaviləm var”.