Erik Ramos: Öz cibimdən pul verib, “Neftçi”yə qayıdıram
21.06.2014 - 09:15
Erik Ramos: Öz cibimdən pul verib, “Neftçi”yə qayıdıram

“Neftçi”də icarə müddəti başa çatan və müqavilə ilə məxsus olduğu “Rubio” klubuna dönən paraqvaylı yarımmüdafiəçi Erik Ramos yenidən Azərbaycana qayıdacaq. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.

“Ağ-qaralar”ın heyətinə dönmək üçün fədakarlıq edən 27 yaşlı futbolçu Paraqvay klubuna 80 min dollar ödədiyini bildirib: “Rubio” klubuna 80 min dollar ödədim. Çünki onlarla müqaviləm var idi və məni buraxmaq istəmədilər. Ona görə öz cibimdən bu pulu verib, “Neftçi”yə qayıdıram. Artıq birinci gün komandanın Türkiyədəki toplanışında olacağam. Yenidən özümə doğma olan klubda oynayacağam”.

Qeyd edək ki, Ramos 2012-ci ilin yayından “Neftçi”də çıxış edir.