“Əskişəhərspor” futbol klubunun baş məşqçisi Ərtoğrul Sağlam Türkiyə kubokunun finalı ərəfəsində açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi 43 il sonra kuboku yenidən qazanmaq istədiklərini vurğulayıb.
Sağlam çox böyük bir yol qət edib finala çıxmanın sevincini yaşadıqlarını bildirib: “Biz daima finalda oynayan komanda deyilik. Bizdən öncəkilər 43 il əvvəl kuboku qazanıblar. O zamandan kuboku qazana bilmirik. Sonuncu dəfə 27 il əvvəl finalda oynamışıq. Futbolçularımız 43 il sonra kuboku bu şəhərə gətirmək üçün hər şeyi edəcəklər”.
Sağlam Türkiyənin ən güclü komandalarından birinə qarşı oynayacaqlarını da bildirib: “Qalatasaray”ı məğlub edib kuboku qazanmağın nə qədər çətin olduğunu bilirik. Amma əlimizdən gələn hər şeyi edəcəyik. Azarkeşlərimizin sevinməsini istəyirəm”.