“Roma” komandanın yeni müdafiəçisi Eşli Koulu jurnalistlərə və azarkeşlərə təqdim edib. Apasport.az saytının məlumatına görə, futbolçu yeni müqaviləsindən razı olduğunu bildirib.
Xatırladaq ki, “Roma” 33 yaşlı futbolçu ilə 2+1 sxemi ilə müqavilə imzalayıb. Koul seçiminə Çempionlar Liqasında iştirakın təsir etdiyini vurğulayıb: “Mən “Roma”nı ona görə keçdim ki, Çempionlar Liqasında çıxışımı davam etdirmək istəyirəm. Mən artıq bir neçə güclü futbolçunu heyətinə qatan ambisiyalı komanda ilə müqavilə bağlamışam və əsas heyət üçün mübarizə aparmağa hazıram. Romaya köçməyim fərqli dil, həyat tərzi və mədəniyyətlə qovuşmaq üçün gözəl imkandır. Mən seçimimdən razıyam”.