Eto’O Amerikada oynaya bilər
03.07.2014 - 01:41
Eto’O Amerikada oynaya bilər

 

Kamerun millisinin hücumçusu Samual Eto’O “Çelsi”dən ayrılandan sonra karyerasını harada davam etdirmək üzərində düşünür. Apasport.az saytının məlumatına görə, futbolçu Amerikada oynaya bilər.

 

Eto’O sosial şəbəkədə ABŞ çempionatında oynamağa pis baxmadığına işarə edib. Kareyerasını davam etdirmək variantlarını nəzərdən keçirən hücumçu belə bir mesaj yazıb: “Karyeramı harada davam etdirə bilərəm? İtaliya? İspaniya? Fransa? İngiltərə? Türkiyə? ABŞ??? Mən Birləşmiş Ştatları sevirəm…”