Eto’O Braziliya və Xorvatiyaya qarşı oyunu buraxacaq
17.06.2014 - 01:32
Kamerun millisinin hücumçusu Samuel Eto’O dizindəki zədə səbəbindən 10 gün müddətində yığma komandaya kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Kamerun yığmasının marketinq və kommunikasiya üzrə direktoru Laurens Fotso xəbəri təsdiq edib.
Həkimlər bildiriblər ki, dizindəki zədə Eto’O-nun Braziliya və Xorvatiyaya qarşı oyunlara çıxmasına imkan verməyəcək. Kamerunlular 1/8 minala çıxa bilməsələr, bu, Eto’O üçün dünya çempionatının bitməsi demək olacaq.
0
0